Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə Biləsuvar rayonunda icrasına start verilmiş “Mübariz tək mübariz ol!” gənc futbolçulara çağırış layihəsi başa çatıb. Layihənin 2-ci mərhələsi – təlimlər bitdikdən sonra Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş mini futbol üzrə Biləsuvar rayon birinciliyinə start verilib. 8 komanda 2 zonaya bölünərək olimpiya sistemi ilə oyunlara başlayıblar. Final oyunundan öncə layihə rəhbəri Asif Hüseynov çıxış edərək layihənin yekunu barədə ətraflı məlumat verib. Yarışın keçirilməsi ümumilikdə 8 gün müddətini əhatə edib. Finalda 1-ci zonanın qalibi Xırmandalı kənd 2 saylı tam orta məktəbinin komanadası ilə 2-ci zonanın qalibi Dövrüşlü kənd tam orta məktəbinin komandası görüşüb. Bərabər güclü keçən oyunun sonunda Dövrüşlü kənd tam orta məktəbinin komandası 4:2 hesabı ilə qalib gələrək yarışın qalibi olub. Onu da qeyd edək ki, layihə ərzində komanda oyunçularının əzmkarlığı, mübarizliyi, ədalətli oyun oynamaları yarışa xüsusi bir abu-hava qatıb. Bununla da qeyd etmək olar ki, layihənin adına – “Mübariz tək mübariz ol!” uyğun deyimi gənc futbolçular arasında çox yüksək səviyyədə təbliğ edilib. Layihənin əsas məqsədi: Biləsuvar rayon yeniyetmə və gəncləri arasında Milli Qəhrəman Mübariz İbrahimovun döyüş yolu barədə məlumatlandırılmasına, onun şəxsi həyatı – idmançı və sağlam həyat tərzi keçirməsinin təbliğinə və həmçinin yeniyetmə və gənclərin asudə vaxtlarının sağlam-səmərəli keçirilməsinə nail olmaqdır. Layihənin icrasına 28 dekabr 2018-ci il tarixində start verilib və 28 mart 2019-cu il tarixinə kimi davam edəcəkdir.