Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə 05 dekabr 2018 – 05 mart 2019 tarixlərində icrası Şirvan, Sabirabad, Kürdəmir rayonlarında nəzərdə tutulmuş “Erkən Nikaha Son!” adlı layihə çərçivəsində tədbirlər başa çatıb. Tədbirlər ərəfəsində ümumilikdə 4 fərqli qrupda 120-dən çox iştirakçıya seminarlar keçirilib. İştirakçılar əsasən məktəbin 8 və 11-ci sinif şagirdlərindən təşkil olunub. Aktiv iştirakçılara seminarlardan sonra sertifikatlar təqdim olunub. Tədbir zamanı layihə ilə bağlı ilkin və ümumi məlumatlandırıcı xarakterli kitabça, flayer və bukletlər də paylanılıb.
Qeyd edək ki, layihə üzrə Şirvan, Sabirabad, Kürdəmir rayonlarının öncədən müəyyənləşdirilməsi heç də bir mənalı deyildir. Belə ki, layihənin ilkin mərhələsində regionun əhalisi arasında sorğu və müşahidə üsulu ilə araşdırmalar aparılıb. Hədəf qrupların mövzu üzrə fikr və düşüncələri təhlil edilib.
Müvafiq layihə istiqamətində start götürmüş seminarlar çərçivəsində ilk növbədə öncədən müəyyənləşdirilmiş və seçilmiş region gənclərinə hədəf qrupa daxil olan ərazilərdə problemin qarşılaşılan ciddi fəsadları, mövcud durum təhlili təqdim olunub. Əsasən erkən nikaha məruz qalma hallarının rastlaşıldığı üçün gənclərin və valideynlərin də iştirakı ilə problemin ağır nəticələri və həll yolları müzakirə olunub. Müzakirələr nəticəsində iştirakçıların problemlə bağlı müdaxiləsi və həmin müdaxilələrin effektivlik təsiri ayrıca təhlil edilib. “Erkən Nikaha Son!” deyən və aktiv iştirakı ilə seçilərək müəyyən edilən 20-ə yaxın gəncə sertifikatlar təqdim edilmişdir.