Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra Fond) Avropa Parlamentində (Brüssel) təcrübə proqramı üzrə müsabiqədə iştirakla bağlı 18 fevral – 4 mart 2019-cu il tarixlərində sənəd qəbulu həyata keçirmişdir. Ərizə qəbulu Fondun rəsmi internet səhifəsi vasitəsilə aparılmış, müsabiqədə ümumilikdə 383 şəxs iştirak etmişdir. Sənədlərin ekspertizası və müraciətçilərlə keçirilmiş 4 mərhələli müsahibələrin nəticəsi olaraq aşağıdakı şəxslərin təcrübə proqramında iştirakının maliyyələşdirilməsinə qərar verilmişdir
Azərbaycan Respublikasının Gənclər Fondu bütün qalib müraciətçiləri təbrik edir!
Ehtiyat siyahısı isə aşağıdakı kimi müəyyənləşdirilmişdir:
Qeyd: Əsas siyahıda hər hansı bir problem yarandığı təqdirdə ehtiyat siyahısına müraciət ediləcəkdir.
Fondun Nizamnaməsinə uyğun olaraq həyata keçirilən beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirak etmək istəyən gənclərdən Fondun rəsmi internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçmək və sosial şəbəkələrdəki səhifələrini izləmək xahiş olunur.