8-9 aprel 2019-cu il tarixlərində Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) VIII Gənclər Forumu baş tutub. Forum “Gənclər: hüquq və imkanların genişləndirilməsi, iştirakçılıq və bərabərlik” mövzusuna həsr olunub. Forumun mövzusu – Dayanıqlı İnkişaf Məqsədlərinin çatdırılmasında və yeni minilliyin problemlərinin həllində vacib alətdir. Həyata keçirilən Forumun nəticələri növbəti yüksək səviyyəli siyasi forum və konfranslarda, Baş Assambleyanın sessiyalarında nəzərə alınacaq. Forumda Azərbaycanı Gənclər və İdman Naziri cənab Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyətinin tərkibində, Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov təmsil edib.