30 aprel -1 may 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəmkir Heydər Əliyev Mərkəzində və Gəncə şəhər Fikrət Əmirov adına Gəncə Dövlət Filarmonyasında “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi çərçivəsində Aprel şəhidlərindən bəhs edən “Vüqarlı dağlar” və “Mübarizin yolu ilə” adlı filmlər nümayiş etdirilib. “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi çərçivəsində ərsəyə gələn filimlər Müdafiə Nazirliyinin, ARB aran TV-ın, Mədəniyyət Nazirliyi, Şəmkir Regional Mədəniyyət İdarəsi və Aqrar İnkişaf Könüllülərinin tərəfdaşlığı ilə baş tutub. Tədbirlərdə millət vəkilləri Sona Əliyeva, Pərvin Kərimzadə, Müdafiə Nazirliyinin hərbi qulluqçuları, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva, Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, Şəmkir Gənclərin İnkişaf və Kariyera Mərkəzinin direktoru Kənan İbrahimov, ADAU rektoru professor İbrahim Cəfərov, Müdafiə Nazirliyinin hərbi qulluqçuları, Gəncə şəhər icra nümayəndəsi, Gəncə şəhər prokuror müavini Allahverdi Abuzərov, Gəncə şəhər Məhkəmə sədri Rasim Kazımov, Gəncə Gənclər və İdman İdarəsinin rəisi Müşviq Cəfərov, Gəncə Gənclər Evinin rəhbəri Amil Qurbanov Aprel qaziləri, şəhid ailələri və ictimaiyyət nümayəndələrinin izlədikləri ekran əsərləri tamaşaçılarda dərin hislər yaradıb.
Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb. Sonra Layihə rəhbəri Ağgül Əhmədova layihə haqqında məlumat verib. O bildirib ki, həyata keçirilən bu layihədə məqsəd, geniş ictimaiyyəti vətənpərvərlik ruhunda marifləndirməkdir. Daha sonra tədbir iştirakçıları Aprel şəhidləri – polkovnik Vuqar Yusifov və Altun Dəmirlinin xatirəsinə həsr olunmuş “Vuqarlı dağlar” və “Mubarizin yolu ilə” adlı filmləri izləyiblər. Filmindən sonra millət vəkli Pərvin Kərimzadə və rektor İbrahim Cəfərov çıxış edərək nümayiş olunan filmlərin vacibliyi və gənclərə faydasından bəhs ediblər. Həmçinin şəhidin atası: Mənim oğlum vətən yolunda, Azərbaycan yolunda, ata ana yolunda həlak olub, öz canını qurban verib. Ancaq bu mənim üçün fəxrlidir ki, mənim oğlum şəhid olmaqla ucaların ucalarındadır”.