12 may 2019-cu il tarixində Sabunçu rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Gənclər Fondu və Bakı Gənclər Mərkəzi tərəfindən birgə təşkil olunan təmizlik aksiyası ətraf mühit və tarixi abidələrimizə qarşı həssaslığın artırılması məqsədi ilə həyata keçirilib. Təmizlik aksiyasında gənclərlə yanaşı, Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclərlə İş şöbəsinin müdiri Orxan Ərəbov və Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova iştirak edib.