6,7,8 və 10 may 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun 18 may- 17 iyun 2019-cu il tarixlərində Belçikanın Brüssel şəhərində yerləşən Avropa Parlamentində təcrübə səfəri ilə əlaqədar olaraq elan etdiyi müsabiqədə qalib olan gənclərin iştirakı ilə səfər öncəsi məlumatlandırılma sessiyaları təşkil edilibdir. İlk sessiya 6 may tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzində daha öncə Gənclər Fondunun elan etdiyi Avropa Parlamentində təcrübə proqramında iştirak etmiş gənclərin iştirakı ilə keçirilib. Görüşdə təcrübə proqramında iştirak etmiş gənclər öz təəsüüratlarını və təcrübələrini bölüşüblər. 7 may tarixində Avropa Parlamentinə təcrübə keçəcək gənclər Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Azərbaycan və Heydər Əliyev” adlı mühazirəsində iştirak ediblər. Növbəti görüş 8 may tarixində Bakı Gənclər Mərkəzində Avropa Parlamenti təcrübə səfərində iştirak edən gənclərin təcrübələrini bölüşməsi olmuşdur. 10 may tarixində isə Gənclərin İnkişaf və Karyera Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidinin “Azərbaycan həqiqətləri soyqırımlar” mövzusunda məlumat sessiyası baş tutub. Məlumatlandırma sessiyaları davam etməkdədir.