Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “İmadəddin Nəsimi- 650 illik DƏYƏR” adlı layihə həyata keçirilir. 1 aprel tarixində start götürən layihənin hazırlıq mərhələsi uğurla davam edir. İcra olunan layihə isə cənab İlham Əliyevin sərəncamından irəli gələrək Nəsimi irsinin öyrənilməsi, təbliği, dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı ro
l, gənclər arasında tanıdılması və ümumi maarifləndirmə işinin təşkili məqsədi daşıyır. Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə, layihə çərçivəsində «İKİ ALƏMDƏ VARIM…» adlı, Nəsiminin 11 qəzəlinin peşəkar qiraətçi tərəfindən səsləndirilmiş audio kitabı hazırlanıb. Mənbə olaraq Qəzənfər Paşayevin “Nəsiminin İraq Divanı” kitabından və digər mənbələrdən istifadə olunub. Qısa zaman sonra audio kitab internet resursları vasitəsilə geniş ictimaiyyətə təqdim olunacaq.
Həmçinin layihə çərçivəsində Nəsiminin həyat və yaradıcılığına aid maraqlı məlumatları əks etdirən kitabça hazırlanır. Həm ingilis həm azərbaycan dilində olan kitabça konkret məlumatları özündə əks etdirən maarifləndirici vasitə rolunu oynayacaq. Bu istiqamətdə müxtəlif Nəsimişünas alimlərlə görüşlər, məsləhətləşmələr keçirilib. Hal-hazırda isə bədii ştrixlərlə zəngin sənədli filmin üzərində iş gedir. Filmdə gələcəkdə ingilis və türk dillərində alt yazılar da yer alacaq ki, xarici ölkələrdə təbliğat aləti kimi istifadə olunsun. Filmin çəkilişi yekunlaşdıqdan sonra Bakı və Gəncə şəhərində təntənəli təqdimat mərasimləri keçiriləcək. Ümumilikdə 1000 nəfərə yaxın gəncin, ictimai xadim, rəsmi şəxslərin, səfirlik və beynəlxalq təşkilatların nümayəndələrinin və medianın iştirakı ilə təntənəli təqdimat mərasimləri yekunlaşdıqdan sonra respublikada fəaliyyət göstərən gənclər mərkəzlərində (Bakı şəhərində 5 gənclər evi (Bakı, Sabunçu, Xəzər, Binəqədi, Qaradağ) Sumqayıt, Şəmkir, Mingəçevir, Qazax və s. gənclər evləri) təqdimatlar keçiriləcək.