18 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə ADA Universitetində 100-dən çox gəncin iştirakı ilə həyata keçirilmiş “Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə” konfransının davamlılığının təmin edilməsi məqsədi ilə 30 may Şirvan Gənclər Evində, 31 May Mingəçevir Gənclər Evində, 1 iyun Gəncə Gənclər Evi və Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzində, 2 iyun tarixində isə Balakən Gənclər Evində təlim görüşləri baş tutub.
Youtube üçün keçid: http://bit.ly/2Is4rQy