10-18 iyun 2019-cu il tarixlərində Bakı şəhərində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin Avropa Komissiyasının Erasmus+ (Key Action 2 – Açar Fəaliyyət 2) çərçivəsində “Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi” adlı layihəsinin 3-cü fəaliyyəti – beynəlxalq təlim kursu həyata keçirilir. Layihənin əsas məqsədi gənclərin sahibkarlıq təhsili və təhsil imkanları barədə məlumatlandırmaqla onların məşğulluq və iş tapma bacarıqlarının artırılmasıdır.
Kursun 4-cü günündə Azərbaycan Gənclər Fondunun nümayəndəsi qonaq qismində iştirak edərək Fondun gənclər üçün təqdim etdiyi imkanlar – innovativ layihələrlə bağlı güzəştli kreditlərindən, startaplardan, xaricdə təhsil və s. barədə gəncləri məlumatlandırılıb.
Təlim kursunda Azərbaycan, Litva, Bolqarıstan, İsveç, Makedoniya, Niderland Krallığı, Gürcüstan, Ukrayna, Moldova və Belarusiyadan olan ümumilikdə 24 nəfər nümayəndə iştirak edir. Təlim kursu gənclər üçün sahibkarlıq təhsili layihələrinin necə qurulacağı, sahibkarlıq təhsili və təlim üçün praktiki bacarıqların əldə edilməsi və s. mövzuları əhatə edəcək.