23 -24 -27 avqust tarixlərində “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüş keçirilib. Müsabiqə qalibləri və qalib olmuş gənclərin valideynləri ilə görüşdə müsabiqədən sonrakı mərhələ ilə bağlı ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar cavablandırılıb. Daha sonra qaliblərlə “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsi üçün müqavilələrin imzalanmasına başlanılıb. Müqavilələrin imzalanması prosesi növbəti günlərdə da davam etdiriləcəkdir.