Bakı Gənclər Mərkəzinin Gənc Könüllüləri “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsində iştirak ediblər.
Vətənpərvərliyin təbliği və gənclərin hərbi hazırlığının yüksəldilməsi məqsədini daşıyan düşərgə “ASAN xidmət”, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, “ASAN Könüllüləri” Təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti və “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilib.