26 oktyabr 2019-cu il tarixində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Ukraynanın paytaxtı Kiyev şəhərində “Azərbaycan-Ukrayna Gənclərinin I Forumu” öz işini davam etdirib. Forum Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşıb. Forumun rəsmi tərəfdaşı Diasporla İş üzrə Dövlət Komitəsidir.
Tədbiri giriş sözü ilə Ukrayna Azərbaycanlıları Radasının baş katibi Seyid Qədiməliyev açaraq təmsil etdiyi qurumun yaradılma zərurətindən və həyata keçirilən tədbirlərdən danışıb. Daha sonra çıxış edən Gənclər Fondunun nümayəndəsi təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən, gənclər üçün açdığı yeni imkanlardan danışıb.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək Forumun əhəmiyyətini qeyd edib. Tədbirin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi tərəfdaşlığı ilə reaallaşdığını deyən S.Abbasov Bakıdan 8 QHT və media rəhbərinin gəldiyini və maraqlı müzakirələr keçirildiyini vurğulayıb. S.Abbasov, həmçinin, diaspor siyasətinin ASGA-nın birbaşa profil istiqaməti olduğunu deyib.
Daha sonra tədbir Azərbaycan Diasporu İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdilinin moderatorluğu ilə davam edib. Qonaqları tədbir iştirakçılarına təqdim edən T.Allahverdili Forumun diaspor nümayəndələri üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. Forumun təşkilində göstərdikləri dəstəyə görə Gənclər Fonduna, Azərbaycan Diasporuna Dəstək Fonduna, Azərbaycanın Ukraynadakı səfirliyinə və Ukrayna Azərbaycanlıları Radasına təşəkkür edən T.Allahverdili bu kimi layihələrin daha geniş coğrafiyada keçirilməsinin vacibliyini qeyd edib.