22-23 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi “Dostluq gənclərin əlaqələndirmə mərkəzi” ictimai birliyinin təşkilatçılığı ilə “Gənclik gələcəkdir! Uğurun üçün çalış”gənclərin peşə və ixtisas seçiminə dəstək adlı layihənin Gəncə, Mingəçevir şəhərləri və Tərtər rayonunda yaşayan və təhsil alan gənclər üçün təlimləri keçirilib.
“Dostluq gənclərin əlaqələndirm
Tədbirdə Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, Gəncə Şəhər Gənclər və İdman baş Idarəsinin rəisi Müşfiq Cəfərov, Tərtər rayonu İcra Hakimiyyətinin şöbə müdiri Elvin Umudov, Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru, Anar Hətəmov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Dövlət İdarəçilik Akademiyası “Davamlı inkişafın planlaşdırılması və idarəedilməsi” kafedrası”nın dosenti Miraqil Seyidzadə, Dövlət İdarəçilik Akademiyası “İctimai əlaqələr, elektron tədris və informasiya kommunikasiya texnologiyaları şöbəsinin müdiri, fəlsəfə doktoru, dosent Yusif Ağayev və digər natiqlər çıxış edərək cəmiyyət həyatı üçün region gənclərinin doğru peşə və ixtisas seçimlərinin əhəmiyyəti vurğulanıb. Natiqlər peşə təhsilinin əhəmiyyəti və inkişafı konsepsiyasının tədrisi layihəsi çərçivəsində peşə təhsilinin əhəmiyyəti konsepsiyası və prinsiplərinə təşviq edilməsini olduqca vacib hesab etdiklərini diqqətə çatdırıblar. Qeyd edilib ki, hər bir gənc öz bacarığını kəşf etməli, inkişaf etdirməli və sahəsi üzrə peşəkar mütəxəssis olaraq özünü formalaşdırmalıdır. Düzgün peşə seçimi və sevdiyin işlə məşğul olmaq insanın zövqlü və rahat yaşayışının təminatıdır. Eyni zamanda cəmiyyətdə məşğulluq probleminin həll edilməsi baxımından zəruridir.
Layihənin məqsədi cəmiyyətin tələblərinə uyğun olaraq gənclərin səriştə əsaslı peşə və ixtisas seçmələrinə dəstk olmaq, əmək bazarının tələbinə uyğun peşələr və ixtisaslar üzrə peşə və ixtisas təhsilli kadr və mütəxəssis hazırlığının təmin edilməsinə diqqəti artırmaq, bu sahənin inkişafına töhfə verməkdir. “Gənclik gələcəkdir! Uğurun üçün çalış” gənclərin peşə və ixtisas seçiminə dəstək adlı təlim zamanı gənclərin sualları cavablandırılıb və gənclərə sertifikatlar təqdim edilib.