[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/IMG_0926.jpg” ]
Cari ilin 20 iyun tarixində, saat 11:00-da “Zabitlər bağı”nda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Slavyan Universiteti Tələbə Gənclər Təşkilatının (BSU TGT) təşəbbüsü ilə ali təhsil müəssisələrinin tələbələri arasında “I Ekologikal” intellektual oyunu keçirib.
Qeyd edək ki, “I Ekologikal” intellektual oyunu hər mərhələdə 10 sual olmaqla 3 mərhələdən ibarət idi. Ümumilikdə, yarışmada 7 ali təhsil müəssisəsindən 14 komanda iştirak edib.
Tədbirin açılış mərasimində Gənclər Fondunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri iştirak etmişlər.
Qeyd edək ki, intellektual oyunun qalibi Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Sirius” komandası olub. İntellektual oyunun qalibi olan komandanın üzvləri velosipedlərlə mükafatlandırılıblar.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”7938″ id=”7938″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]