«Rezonans» Gənclərin Ictimаi Birliyinin Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Məhkum olunmuş gənclərin sosial adaptasiya və peşə hazırlığı işlərinə yardım” layihəsi çərçivəsində 2-3 noyabr 2019-cu il tarixlərində 5 saylı CÇM-də (Salyan r-nu, Xələc qəs.) tədbir keçirilmişdir. Tədbirdə təşkilatın sədri Turqut Abbasbəyli giriş sözü ilə çıxış edərək, layihənin məramı barədə məlumat vermişdir, daha sonra ekpertlər mövzu ilə əlaqədar məruzə etmiş, bu saədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat vermişər. Sonda tədbir iştiraçılarının çoxsaylı sulları cavablandırılmışdır. Tədbirdə layihə çərçivəsində hazırlanmış kitablar və bukletlər paylanmış və kitabxanayaa hədiyyə edilmişdir. Layihə məhkumların hüquqlarının təmin edilməsi, onların saxlanma vəziyyətinin yaxşılaşdırılmasını, sağlamlığın qorunması və onların reabilitasiyası və gələcəkdə cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır. İkinci istiqamət isə artıq azadlığa çıxdıqdan sonra məhkumların cəmiyyətdə qayıdışı ilə problemlərin həlli, normal həyata adaptasiyası, peşə hazırlığını аsаnlаşdırmаğı nəzərdə tutur.