[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/azgfcolor.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (bundan sonra “Fond” adlanacaq) müsabiqədə iştirak etmək üçün gənclər təşkilatlarını və fərdi gəncləri layihə təklifi təqdim etməyə dəvət edir.
Müsabiqənin əsas məqsədi gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir.
Müsabiqənin prioritet istiqamətləri aşağıdakılardır:
A kateqoriyası üçün təklif olunan istiqamətlər:
- Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi
- Gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, onların sağlamlığının qorunması (tibbi maarifləndirmə, idman və s.)
- Ekoloji mühitin mühafizəsi və yaxşılaşdırılması (ekoloji maarifləndirmə, ekoturizm, ekoloji kampaniyalar və s.)
- Mədəniyyət və incəsənətin inkişafı (tarixi abidələrin qorunması, milli ədəbiyyatın təbliği, gənc yazarlara dəstək, milli mətbəxin tanıdılması, master-klasslar və s.)
- Asudə vaxtın səmərəli təşkili (ixtisaslaşmış yay düşərgələri, yay məktəbləri, gənclərin peşə bacarıqlarının artırılması və s.)
- Gənclərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi
- İctimai davranış qaydalarının təbliği
- Xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyası
- İnsan alverinə və erkən nikahlara qarşı mübarizə
- Region gənclərinin ictimai fəallığının artırılması
B kateqoriyası üçün təklif olunan istiqamətlər:
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
- Beynəlxalq könüllülük və gənclər proqramlarının Azərbaycanda təşviqi
- Azərbaycan gənclər təşkilatlarının beynəlxalq gənclər platformaları ilə əməkdaşlığı
- Xaricdə təhsil alan və yaşayan azərbaycanlı gənclərin Azərbaycanla bağlı təşəbbüslərinin dəstəklənməsi
- Xarici ölkələrin gənclərinin iştirakı ilə Azərbaycanda tədbirlərin təşkili (minimum 5 ölkədən iştirakçı və 2 xarici gənclər təşkilatı tərəfdaş olmaqla)
C kateqoriyası üçün təklif olunan istiqamətlər:
- İntellektual gənclərin təşəbbüslərinə dəstək
- Gənclərin sosial şəbəkələrdən səmərəli istifadəsinin təşviqi
- Gənclərin informasiya cəmiyyətinə təsiri (ictimai əhəmiyyət kəsb edən internet resurslarının yaradılması)
- Sağlamlıq imkanları məhdud olan gənclər üçün sosial tədbirlər
- Mədəni dəyərlərin təbliğində gənclərin rolunun artırılması
- İstedadlı gənclərin ixtiralarının və müxtəlif sahələrdəki (musiqi, rəssamlıq, memarlıq, kino yaradıcılığı, cizgi filmi və animasiyalar, sosial çarxlar, kompyuter oyunları, bədii əsərlər və s.) innovativ ideyalarının dəstəklənməsi
- istedadlı və yaradıcı gənclərin iştirakı ilə yerli və beynəlxalq tədbirlərin təşkili
D kateqoriyası üçün təklif olunan istiqamətlər:
- Azərbaycanlı gənc alimlərin, ictimai fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdədə iştirakının qismən maliyyələşdirilməsi
E kateqoriyası üçün təklif olunan istiqamətlər:
- Xarici ölkə gənclərinin və gənclər təşkilatlarının Azərbaycanın tarix və mədəniyyətinə, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair araşdırmalarının dəstəklənməsi
Qayda və tələblər:
Müsabiqədə kimlər iştirak edə bilər? Müsabiqədə yalnız dövlət qeydiyyatından keçmiş gənclər təşkilatları və 14-35 yaş həddində olan şəxslər iştirak edə bilərlər. Fərdi gənclər özləri haqqında geniş məlumat və ya CV əlavə etməlidirlər.
Layihə təklifləri hansı sahələri əhatə edə bilər?
Layihə təklifləri yalnız bu elanda göstərilmiş mövzulardan birinə uyğun gəldiyi halda nəzərdən keçiriləcəkdir. Siyasi, dini və ya xeyriyyə fəaliyyəti, xaricdə təhsil, humanitar yardım və gəlirin artırılmasını nəzərdə tutan layihə təklifləri maliyyələşdirilməyəcəkdir.
Uğurlu layihə təklifi necə tərtib olunmalıdır?
İlk növbədə uğurlu layihələr bu müsabiqədə göstərilmiş mövzulara və tələblərə uyğun olaraq hazırlanmalıdır. Layihə təklifləri reallığı əks etdirməli, icrası gənclər təşkilatları və fərdi gənclər tərəfindən mümkün olmalıdır. Layihə təklifləri Fondun onlayn müraciət qaydalarına uyğun təqdim edilməlidir. Layihə təklifləri nəzərdən keçirilərkən real büdcə xərcləri olanlara üstünlük veriləcəkdir.
Müsabiqənin müddəti:
Layihə təklifləri 2013-cü il iyunun 27-dən avqustun 12-dək təqdim edilə bilər.
Məlumatlandırma sessiyaları:
Fond əvvəlcədən xəbərdarlıq etməklə, Bakı və regionlarda yerləşən ali və orta ixtisas məktəblərində, gənclər mərkəzlərində və QHT-lərin ofislərində müsabiqəyə həsr olunmuş məlumat sessiyaları təşkil edəcəkdir. Məlumat sessiyalarında bütün suallar Fondun nümayəndələri tərəfindən cavablandırılacaqdır.
Layihə təkliflərinin qəbulu üçün son tarix: 12 avqust 2013-cü il, saat 18:00
Layihə təklifləri Fondun rəsmi internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçməklə, müvafiq təlimat və prosedur qaydalarına uyğun təqdim olunmalıdır.
Fondla əlaqə:
Ünvan: Bakı şəhəri, Bülbül prospekti, 7B (Sahil Biznes Mərkəzi) Telefon: (+99412) 498 95 90 Faks: (+99412) 498 95 89 Email: [email protected]