[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/gence-2.jpg” ]
18 iyun 2013-cü il tarixində Gəncə şəhəri “Ramada” mehmanxanasında “Odlar Yurdu” GİB-in təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Turizmin inkişafı və Gənclər” adlı 1-ci Forumun açılış mərasimi keçirilib. 17-21 iyun tarixlərində təşkil edilən forumda 10 regiondan ümumilikdə 60 nəfər gənc iştirak edib. Forum çərçivəsində “Gəncə Tarix Diyarşünaslıq” muzeyi, “Heydər Əliyev meydanı”, “Gəncə Heydər Əliyev Mərkəzi”, “Şah Abbas Məscidi”, “Cavad xan” və “Nizami Gəncəvi” məqbərələri ziyarət edilib.
Proqrama əsasən forumun rəsmi açılış mərasimi 18 iyun tarixində baş tutub. Rəsmi açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyəti Aparatının əməkdaşı Kənan Məmmədov, Gənclər Fondunun əməkdaşı Ramin Cəfərov, Gəncə Regional Turizm İnformasiya Mərkəzinin direktoru Cumalik Rəhimov və “Odlar Yurdu” GİB-nin rəhbəri Nigar Ələsgərova iştirak edib. Tədbirdə “Turizmin inkişafına dövlət dəstəyi” adlı panelin müzakirəsi aparılıb.