[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/931177_299497460187639_51332298_n.jpg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Demokratik Gənclər” İctimai Birliyi “Region gənclərinin internet resurslarından səmərəli istifadəsi barədə maarifləndirilməsi” layihəsi çərçivəsində 22 iyun 2013-cü il tarixində Zaqatala rayon Heydər Əliyev adına Mərkəzdə Zaqatala rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin gənc müəllimləri üçün gənclərin Sosial Servislər sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı treninq keçirib. Treninq çərçivəsində gənclər internetin imkanlarından daha səmərəli istifadə yolları, təhsil yönümlü internet resursları haqqında məlumatlar alıblar.
Təlimi yeni media və sosial servislər sahəsində ekspert/təlimçi olan Ramil Süleymanov aparmışdır. Bu təlimdə Ramil Süleymanova Könül Əliyeva, İrana Əlizadə və Venera Əfəndiyeva yardım ediblər. Tədbiri giriş sözü ilə “Demokratik Gənclər” İctimai Birliyinin direktoru Ramil Süleymanov açaraq tədbir iştirakçılarını salamlamış və bu təlimin vacibliyi haqqında geniş izahat vermişdir.
Eyni zamanda, treninq iştirakçılarına mövzu ilə bağlı müxtəlif elektron və çap materialları paylanılmışdır. Təlimin sonunda iştirakçılara Diplomlar təqdim edilib. Həmçinin, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəyə, İcra Hakimiyyəti başçısının müavini Sadət Dibirovaya Fəxri Fərman təqdim edilib. Bu təlimdə könüllü təlimçi kimi fəaliyyətlərinə görə Zaqatala rayonunun gənc müəllimləri Könül Əliyeva, İrana Əlizadə və Bakı şəhərindən olan Venera Əfəndiyevaya Birlik tərəfindən xüsusi Təşəkkürnamələr verilib.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”7786″ id=”7786″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]