[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/DSCF4215.jpg” ]
21 iyun 2013-cü il tarixində Azərbaycan Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Mən insanam-Qarabağ” həqiqətləri kinofilmlərdə layihəsi çərçivəsində növbəti görüş keçirilib. Görüş zamanı layihənin rəhbəri və icraçısı Çinarə Hüseynova auditoriyaya layihə haqqında qısa məlumat vermişdir. Ç.Hüseynova, həmçinin nümayiş etdiriləcək sənədli filmlər haqqında da qısa məlumat vermiş və bildirmişdir ki, layihə çərçivəsində iki sənədli filmin nümayiş olunması və müzakirələr aparılması nəzərdə tutulmuşdur. Qeyd olunmuşdur ki, hər iki sənədli filmin qəhrəmanları Qarabağ müharibəsindən zərər çəkən məcburi köçkünlərdir.
Filmlərdən biri “Musa” 10 dəqiqəlik, digəri isə “Çadır Şuşa” 14 dəqiqəlikdir. Hər iki sənədli filmin müəllifi – “Mən İnsanam-Qarabağ həqiqətləri kinofilmlərdə” layihəsinin rəhbəri Çinarə Hüseynovadır. “Musa” filminin rejissoru Elcan Məmmədli, “Çadır Şuşa” filminin rejissoru isə Ayaz Salayevdir.
Sənədli filmlərə baxıldıqdan sonra müzakirələr aparılıb. Auditoriya belə maarifləndirmə işlərinin aparılması üçün müxtəlif təkliflər irəli sürmüş və fikir mübadiləsi aparmışlar.