[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/IMG_0207.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər sağlam həyat tərzi seçir” layihəsi çərçivəsində layihənin yekunu ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə Gənc Vətənpərvərlər Birliyinin yerli şöbələri, İdarə Heyəti, könüllülər, layihə üzrə təşkilat komitəsinin üzvləri, QHT və KİV nümayəndələri iştirak ediblər.
Layihənin rəhbəri Muğan Əliyev çıxış edərək bildirib ki, Gənc Vətənpərvərlər Birliyi AIDS-QİÇS-İİV və narkomaniyaya qarşı mübarizədə maarifləndirmə, təbliğat işlərinin gücləndirilməsi, habelə bu işlərdə vətəndaş cəmiyyətinin dəstəyinin təmin edilməsi məqsədilə Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər sağlam həyat tərzi seçir” layihəsinin icrasını başa çatdırmışdır. Nəticədə maariflənən insanların sayı dəfələrlə artmışdır. Tədbirdə bu sahədə maarifləndirmənin daha da güclənməsinə xidmət edəcək bu kimi layihələrin davamlı olmasının, proseslərə vətəndaş cəmiyyətinin daha da fəal cəlb olunmasının vacibliyi də diqqətə çatdırılmışdır.