[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/DSC038012.jpg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “ Demokratik Gənclər” İctimai Birliyi “Region gənclərinin internet resurslarından səmərəli istifadəsi barədə maarifləndirilməsi” layihəsi çərçivəsində 15 iyun 2013-cü il tarixində Şəmkir rayon Əhməd Cavad adına tam orta məktəbdə Şəmkir rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin gənc müəllimləri üçün gənclərin sosial servislər sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı treninq keçirib. Treninq çərçivəsində gənclər internetin imkanlarından daha səmərəli istifadə yolları, təhsil yönümlü internet resursları haqqında məlumatlar alıblar. Təlimi yeni media və sosial servislər sahəsində ekspert/təlimçi olan Ramil Süleymanov aparmışdır. Tədbiri giriş sözü Şəmkir rayon Təhsil Şöbəsinin metodisti Sona Əliyeva açaraq tədbir iştirakçılarını salamlamış və bu təlimin vacibliyi haqqında geniş izahat vermişdir.
Treninqlər zamanı gənclərə interaktiv mühitdə facebook, animoto, photopeach, stadyladder, blogger, youtube, google və s. sosial servislərin imkanları barədə maraqlı məlumatlar verilmişdir. Gənclər fərdi şəkildə bu sosial servislərin imkanlarından istifadə edərək resurslar hazırlamışlar.
Eyni zamanda, treninq iştirakçılarına mövzu ilə bağlı müxtəlif elektron və çap materialları paylanılmışdır. Təlimin sonunda iştirakçılara Diplomlar təqdim edilib.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”7644″ id=”7644″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]