[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/Sekil-1.jpg” ]
13 iyun 2013-cü il tarixində “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin rəhbəri Elçin Məmməd “Gənclər arasında sağlam həyat tərzininin təbliği” layihəsi çərçivəsində gənc rəssamlarla görüşüb. Bu barədə Birliyin prezidenti mətbuata açıqlama verib. Onun sözlərinə görə görüş layihə çərçivəsində təşkil edilmiş rəsm müsabiqəsinin yekunlarına həsr olunub və bu barədə müsabiqə iştirakçılarına məlumat verilib.
Uşaq Yaradıcılıq Mərkəzində təşkil edilmiş görüşdə birliyin prezidenti layihə barəsində iştirakçılara məlumat verib. E.Məmməd bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilir.
Layihə çərçivəsində 16-25 yaş arası gənclər arasında rəsm müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi gənclərin diqqətini narkomaniyaya qarşı mübarizəyə yönəltməkdir. Bununla da gənclər narkomaniyanın törədəcəyi fəsadları öz nəzərləriylə tabloya köçürüblər. Müsabiqəyə 47 rəsm əsəri təqdim edilib və münsiflər heyəti tərəfindən həmin əsərlərin qiymətləndirilməsi prosesi gedir. Yaxın günlərdə müsabiqəyə yekun vurulacaq və qaliblər mükafatlandırılacaq.
Uşaq Yaradıcılıq Mərkəzin direktoru Əntiqə Rzayeva da öz növbəsində müsabiqənin təşkilini yüksək qiymətləndirib və belə layihələrin gənclərin inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib.