[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/DSC03751.jpg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Demokratik Gənclər” İctimai Birliyi “Region gənclərinin internet resurslarından səmərəli istifadəsi barədə maarifləndirilməsi” layihəsi çərçivəsində 13 iyun 2013-cü il tarixində Siyəzən rayon 2 nömrəli tam orta məktəbdə Siyəzəndə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin gənc müəllimləri, müxtəlif gənclər təşkilatlarının üzvləri və gənclər üçün gənclərin Sosial Servislər sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı treninq keçirib.
Treninq çərçivəsində gənclər internetin imkanlarından daha səmərəli istifadə yolları, maraqlı təhsil yönümlü internet resursları haqqında məlumatlar alıblar. Təlimi yeni media və sosial servislər sahəsində ekspert/təlimçi olan Ramil Süleymanov aparmışdır. Tədbiri giriş sözü ilə Siyəzən rayon İcra başçısının müavini açaraq tədbir iştirakçılarını İcra Hakimiyyəti adından salamlamış və bu təlimin vacibliyi haqqında danışmışdır.
Treninq zamanı gənclərə interaktiv mühitdə facebook, animoto, photopeach, stadyladder, blogger, youtube, google və s. sosial servislərin imkanları barədə maraqlı məlumatlar verilmişdir.
Eyni zamanda, treninq iştirakçılarına mövzu ilə bağlı müxtəlif elektron və çap materialları paylanılmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”7565″ id=”7565″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]