[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/142.jpg” ]
“Gənclərin İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Fiziki Aktivlik Festivalı” adlı layihə həyata keçirir.
May ayından başlayan bu layihə çərçivəsində Bakı şəhəri 152, 126 saylı orta məktəb, Nərimanov rayonu məktəb-lisey kompleksinin orta və aşağı sinif şagirdlərini əhatə edən fiziki aktivliyə dair təlimlər keçirilib.
Bütün məktəblərdə təlimçi komandası fiziki aktivlik, onun əhəmiyyəti ilə bağlı təqdimatlar etmiş və əyani məşğələləri iştirakçıların nəzərinə çatdırmışlar. Təqdimatlarda sağlam həyat tərzi, sağlamlıq üçün fiziki aktivlik üzrə tövsiyələr, sağlam qidalanma və fiziki aktivliyə davamlı, planlaşdırılmış və sistemli yanaşma, suyun faydaları, zərərli vərdişlərdən uzaq olma haqqında məlumatlar verilib. Hər bir yaş dövrü üçün ayrı-ayrı hazırlanan təqdimatlarda uşaqların marağını qoruyub saxlamaq üçün fiziki aktivliklə bağlı bir sıra oyunlar da keçirilib.
Auditoriya fiziki aktivliklə məşğul olmağın müsbət nəticələri ilə tanış olmuş, yeni biliklər əldə etmişlər. Təlimlər zamanı iştirakçılara layihə çərçivəsində hazırlanan maarifləndirici bukletlər, plakatlar paylanılıb.
Təlimləri yalnız məktəblilər deyil, eyni zamanda onların valideynləri, müəllim və məktəb heyəti də maraqla qarşılayıblar.
30 may 2013-cü il tarixində “Gənclərin İnkişafı” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Fiziki Aktivlik Festivalı” layihəsi çərçivəsində Nərimanov rayonu 177 saylı məktəbdə eyni adlı festival təşkil olunub. Fiziki Aktivlik Festivalının uğurla keçirilməsi üçün məktəbdə xüsusi hazırlıq işləri görülmüşdür.
İlk öncə məşqçilər tərəfindən məktəblilərdən ibarət 4 komanda yaradılmışdır. Komandalar arasında müxtəlif idman oyunları keçirilərək qalib komanda müəyyən edilmiş, komanda üzvlərinə hədiyyələr təqdim edilmişdir. Eyni zamanda tamaşaçı qismində olan şagird, valideyn, müəllimlərə də layihə çərçivəsində hazırlanmış maarifləndirici materiallar paylanılıb.
“Gənclərin İnkişafı” İctimai Birliyi hər kəs tərəfindən yüksək qiymətləndirilən kampaniyanın davamı olaraq gələcəkdə məktəblər arasında ümumrespublika “Fiziki Aktiv Məktəb” adlı layihənin həyata keçirilməsinə təşəbbüs göstərəcək və aidiyyatı qurumlara bununla bağlı müraciətlər göndərəcəkdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”7390″ id=”7390″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]