Azərbaycan Respublikası Prezidentinin 1 oktyabr 2019-cu il tarixli 1454 nömrəli, Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı ilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclər Fondunun tabeliyində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi tapşırılmışdır.
Sərəncamdan yola çıxaraq, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar, Gədəbəy, Lerik, Lənkəran, Qusar, Şamaxı, Yardımlı, Yevlax nümayəndəliklərində direktor, tədbirlər və layihələr üzrə mütəxəssis, təlim-tədris üzrə mütəxəssis və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələrinə vakansiyalar elan edilir.
Gənclərin İnkişaf və Karyera Mərkəzi qeyd edilən rayonlarda yaşayan, istedadlı, ictimai və sosial sahələrdə fəal, ali təhsilli və qeyd olunan vəzifə tələblərinə uyğun gələn gəncləri (29 yaşadək olan) müraciət etməyə dəvət edir.
Müraciət etmək istəyən şəxslər Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəsmi internet saytı (www.youthfoundation.az) və “GəncApp” mobil tətbiqi vasitəsilə 28 fevral 2021-ci il tarixinə qədər onlayn qeydiyyatdan keçə bilərlər.
QEYD: Müraciət edən namizədlərin nəzərinə:
İşə qəbul olunduqları halda, müraciət etdiyi region üzrə GİKM tam ştat işçisi olaraq qeydə alınacaqlar, başqa sözlə, hazırda işlədikləri iş yerini tərk etməli olacaqlar.
Həmçinin, qeyd olunan vakansiyaları tutacaq gənclər daimi olaraq adları çəkilən şəhər və rayonlarda yaşamalıdırlar.
Vakansiyalarla bağlı ətraflı məlumatı aşağıda qeyd olunan linkdən əldə edə bilərsiniz.