Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” müsabiqəsində qalib olan tələbələrlə Qazax, Şəki, Zaqatala, Mingəçevir, Gəncə, Şəki, Lənkəran, Masallı rayonlarında görüş keçirilib. Görüşdə çıxış edən Gənclər Fondunun rəsmisi gəncləri təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıb. Daha sonra müsabiqə qalibləri ilə təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müqavilələr imzalanıb.
Xatırladaq ki, bu il keçirilmiş müsabiqə zamanı ali təhsil müəssisələri ilə yanaşı, orta-ixtisas təhsil müəssisələrində təhsil alan 1151 tələbə onlayn qaydada Fondun internet səhifəsi vasitəsilə müsabiqəyə sənədlərini təqdim edib. Nəticələrə əsasən, ali və orta-ixtisas təhsili alan 425 gəncin təhsil haqqı xərcləri (tam və ya qismən) Gənclər Fondu tərəfindən qarşılanıb.