[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/loqo-fesvival.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İnnovasiyaya doğru” Gənclərə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanda təhsil alan xarici tələbələrin “Azərbaycan-ikinci Vətənim” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində nəzərdə tutulan tədbir 28 May-Respublika günü ərəfəsində 25 may 2013-cü il tarixində Xəzər Universitetinin Bəşir Səfəroğlu 122 ünvanında yerləşən korpusunda keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq. Tamaşaçı olmaq arzulayan hər kəs tədbirə dəvətlidir.
Qeyd edək ki, festivalda Azərbaycanda təhsil alan xarici tələbələr incəsənətin müxtəlif istiqamətlərində çıxış edəcəklər.
İctimai Birliyin sədri Rəşad Cəfərovun verdiyi məlumata görə festivalın keçirilməsində əsas məqsəd Azərbaycanda olan əcnəbi tələbələrin davamlı birliyinə nail olmaq, müvəqqəti Azərbaycan sakini olan çoxlu sayda əcnəbi gəncə Azərbaycan dövlətinin onlara verdiyi önəmi vurğulamaq, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xarici tələbə potensialından düzgün istifadəni təmin etməkdir.
Tədbirdə universitet rektorları, millət vəkilləri, ziyalılar və media nümayəndələri iştirak edəcək.