[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/Sekil.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi “Gənclər arasında sağlam həyat tərzininin təbliği” layihəsini həyata keçirir. Bu barədə Birliyin prezidenti Elçin Məmməd mətbuata açıqlama verib. Onun sözlərinə görə layihənin məqsədi narkomaniya təhlükəsi və onun sosial, fiziki, mənəvi zərbələri haqqında gəncləri maarifləndirmək, həmçinin problemin həllində gəncləri birgə mübarizəyə səsləməkdir. QHT rəsmisi bildirib ki, narkomaniya problemini diqqətdə saxlamaq və buna qarşı mübarizəyə cəmiyyətin fəallığını artırmaq məqsədilə təsviri incəsənətdən istifadə edilir. Belə ki, bu istiqamətdə gənclər arasında rəsm müsabiqəsi keçirilir.
Elçin Məmməd qeyd edib ki, rəsm müsabiqəsi 16-25 yaş arası gənclər arasında keçirilir və müsabiqənin sonunda qaliblər müəyyən edilərək müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim ediləcək. Sonda Birliyin rəsmisi bildirib ki, layihə çərçivəsində narkomaniyanın törətdiyi fəsadlar, buna qarşı mübarizə, onun zərərləri və bu istiqamətdə gənclərin maraqlarına xidmət edən kitabça da nəşr ediləcək.