[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/DSC02685.jpg” ]
“Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Çağırışçı gənclər arasında vətənpərvərliyin və dövlətçiliyin təbliğinə dəstək” adlı layihənin icrasını davam etdirir. 16 may 2013-cü il tarixində, layihə çərçivəsində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 149 N-li məktəbin çağırış yaşında olan şagirdləri ilə bir qrup Qarabağ müharibəsi veteranı – ehtiyatda olan zabitlərin görüşü keçirilmişdir.
Saat 11.00-dan 12.00-dək davam edən tədbirdə Qarabağ Müharibəsi veteranı, ehtiyatda olan zabit Mehman Kərimov “Gənc nəslin dövlətçiliyimizin möhkəmləndirilməsində rolu” mövzusunda, Qarabağ Müharibəsi veteranı, ehtiyatda olan zabit Yaşar Cəfərli isə “Hərbi hazırlıq dərslərinin gənclərin vətənpərvərlik tərbiyəsinə təsirləri” mövzusunda çıxışlar etmişlər.
Qarabağ Müharibəsi veteranı ehtiyatda olan çavuş Novruz Quliyev isə 1992-1994-cü illərdə Ağdam cəbhə bölgəsində erməni silahlı qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlarının canlı iştirakçısı kimi gənclərə öz cəbhə xatirələrindən danışıb. Onun çıxışı gənclərin böyük marağına səbəb olub.
Çıxışlardan sonra çağırışçı gənclərin şoxsaylı sualları cavablandırılmışdır.
Daha sonra tədbir iştirakçılarına müxtəlif təbliğat materialları, o cümlədən layihə çərçivəsində hazırlanmış “Vətən Əxlaqı” kitabçası və “Əsgərin Yaddaş Kitabçası” adlı digər kitabça da paylanılmışdır.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra da zabitlərlə çağırışçı gənclərin görüşü davam etmiş, gənclər fərdi qaydada da Ordu həyatına dair onları maraqlandıran çoxsaylı suallarla veteran zabitlərə müraciət etmişlər.