[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/2o_1368475680.jpg” ]
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) 2013-cü ilin may ayından etibarən 3 ay müddətində davam edəcək “Şərq Tərəfdaşlığı Gənclər Şəbəkəsi” – Regional Platforma Modeli adlı birgə əməkdaşlıq və əcnəbi gənclərin azərbaycanlı həmkarları ilə təcrübə, informasiya mübadiləsi və vahid platformada iştirakını nəzərdə tutan layihənin icrasına başlayır.
Layihə Azərbaycanın da fəal şəkildə qoşulduğu Avropa İttifaqının Şərq Tərəfdaşlığı Platformasına daxil olan 5 ölkə – Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və eləcə də Polşa, Çex Respublikası, İsveç, Almaniya və Rumıniya gənclərinin iştirakı ilə Beynəlxalq Forumun və təlim kursunun keçirilməsini, Şərq Tərəfdaşlığı Platforması çərçivəsində gənclərin birgə əməkdaşlıq Şəbəkəsinin qurulmasını, davamlı fəaliyyətini, Bakı Bəyannaməsinin qəbulunu, kitab və digər çap materiallarının nəşrini, yayımını və geniş profilli PR fəaliyyətini nəzərdə tutur.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə 10 ölkədən olan partnyor gənclər təşkilatları ilə birgə həyata keçiriləcəkdir.
Layihə çərçivəsində 10-16 iyun tarixlərində 9 ölkədən 23 əcnəbi gəncin və eləcə də Azərbaycanı təmsil edən yerli gənc liderlərin və fəalların iştirakı ilə Beynəlxalq Forumun (Şərq Tərəfdaşlığı Gənclər Forumu) və təlim kursunun keçirilməsi nəzərdə tutulur. Forumun rəsmi açılışında hökumət rəsmilərinin, Bakıda akkreditə olunmuş diplomatik korpusların təmsilçilərinin, beynəlxalq təşkilatların, Avropa İttifaqının Bakı ofisinin nümayəndələrinin, gənclər təşkilatlarının, QHT və KİV əməkdaşlarının iştirakı nəzərdə tutulub. Layihədə əcnəbi gənc liderlərin Azərbaycanın müxtəlif hökumət strukturlarında və gənclər təşkilatlarında görüş və müzakirələri də təşkil olunacaqdır.
Layihə ölkə gənclərinin inteqrasiyasına, Şərq Tərəfdaşlığı Platforması çərcivəsində birgə, Regional Platformada gənclərin əməkdaşlığı təşəbbüsünə, Azərbaycanın, onun gənclər siyasətinin təbliği və imicinin yüksəldilməsinə və Ölkə Prezidenti Cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq tədbirlər planında (6.8. Gənclərin beynəlxalq sahədə əməkdaşlığı bəndi) nəzərdə tutulan fəaliyyətlərin icrasına yönəlməklə gənclər işinə böyük töhfələr verəcəkdir.