[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/STİ-layihe.jpg” ]
11 may 2013-cü il tarixində “Sumqayıt Tələbələr” İttifaqı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sumqayıtda tələbələrin karyera inkişafı” layihəsi çərçivəsində geniş dəyirmi masa keçirib. Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, KİV və QHT təmsilçiləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə Sumqayıt Tələbələr İttifaqının rəhbəri Rüfət Mahmudzadə açaraq layihə haqqında ətraflı məlumat verib. R. Mahmudzadə bildirib ki, layihə nəticəsində aşağıdakı işlər həyata keçiriləcək:
– Layihə çərçivəsində 240 nəfər gənc iş yerlərinin axtarılması və karyera imkanlarının qazanılması təcrübəsi əldə edəcək;
– Bu yolla şəxsi iş axtarma strategiyasının qurulması, şəxsi peşəkarlığın və arzu olunan karyeranın inkişaf etdirilməsi üçün zəruri olan bacarıqların obyektiv dəyərləndirilməsi, CV və niyyət məktubunun (cover letter) hazırlanması həyata keçiriləcək;
– Layihə bitdikdən sonra Birlik bu layihəni öz könüllüləri hesabına davam etdirəcək. Layihə zamanı Birlik müxtəlif sosial servislərdə, KİV-də elanlar verəcək.
Daha sonra “Demokratik Gənclər” İctimai Birliyinin direktoru Ramil Süleymanov Sumqayıt Tələbələr İttifaqının həyata keçirəcəyi layihənin uğuru haqqında danışıb.
Təlimlər peşəkar mütəxəssislər tərəfindən aparılacaq.