25 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə layihəsinə Qazax rayonunda start verilib. Layihə çərçivəsində ilk olaraq Qazax rayon Daş Salahlı kənd A.Əmilov adına 1 saylı tam orta məktəbinə səfər reallaşdırılıb. Səfər zamanı gənclər ilə təlim-tərbiyə, inkişaf, həmyaşıdları ilə qarşılıqlı münasibətlər, özünütərbiyə, könüllülük, ixtisas seçimi, sosial şəbəkələrdən səmərəli istifadə və digər mövularda təlimlər keçirilib.
Bununla yanaşı, həkimlər tərəfindən gənclərin ödənişsiz tibbi müayinədən keçirilməsi, ilkin tibbi yardımın göstərilməsi və sanitariya-gigiyena qaydaları mövzularında məlumatlandırma sessiyasının təşkili edilib. Daha sonra “Səyyar Gənclər Xidməti” layihəsinin əyləncəli hissəsi start götürüb. Burada region gənclərinin ifasında şeir, mahnı və rəqs nömrələri nümayiş etdirilib. Gənclər arasında intellektual və fiziki oyunlar üzrə müsabiqələr təşkil olunub. Müsabiqələrdə fərqlənən gənclər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.