[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/31.jpg” ]
“Gələcək Naminə” vətəndaş cəmiyyətinin inkişafına dəstək ictimai birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region gənclərinin könüllülük təşəbbüslərinə dəstək” layihəsinin icrasına başlamışdır.
Layihənin məqsədi zəruri təbliğat və maarifləndirmə işləri aparmaqla, könüllülük ideyasının gənclər arasında təşviq olunmasına, könüllülərin formalaşdırılmasına, icma-könüllü əməkdaşlığının qurulmasına dəstək verməkdir.
Layihə Yevlax, Mingəçevir, Bərdə, Goranboy və Ağcabədi rayonlarının mərkəzində icra ediləcək. Hər bir regionda Könüllülük ideyasının gənclər arasında təşviqi ilə bağlı təlimlər təşkil olunacaq, təlim keçmiş və eyni zamanda yerli fəal gənclərlə birgə könüllü aksiyalar təşkil ediləcək, insanların könüllülük işini daha yaxşı anlamaları üçün maarifləndirici bukletlər hazırlanacaq, gələcəkdə layihə ideyasının davam etdirilməsi və daha çox gəncin könüllü kimi hazırlanmasına kömək etmək məqsədilə Bakı şəhərində “Könüllülük Mərkəzi” formalaşdırılacaqdır.
Hal hazırda layihənin qarşısına qoyulan məqsədlərin və vəzifələrin effektiv həyata keçirilməsi üçün hazırlıq işləri aparılır.