[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/06/logo-gencler-fondu.jpg” ]
Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbə və Məzunlar (EEASA – Eastern European Azerbaijani Students and Alumni) İctimai Birliyi, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutulmuş “Millenium” layihəsinə başladığını elan etmişdir. Layihənin məqsədi bir sıra dünya və milli ədiblərin tanınmış əsərlərinin audio kitab şəklində yazılmasıdır. Layihənin əsasən xaricdə təhsil alan gənclərimizə meyilli olduğunu nəzərə alsaq innovativ xarakterli olduğunu qeyd etmək lazımdır.
Layihə barədə daha ətraflı məlumat veriləcək.