4 sentyabr, 2019-cu il tarixində Gənclər Fondunun mərkəzi ofisində Gənclərin İnkişaf və Karyera Mərkəzinin paytaxt və region nümayəndəlikləri ilə görüş keçirilib. Görüşdə cari fəaliyyətin təhlili, əvvəlki aylar üzrə fəaliyyət planlarının icrası vəziyyəti, mövcud cari problemlərin xəritəsinin hazırlanması, SWOT təhlilin aparılması, Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəlikləri arasında təcrübənin bölüşülməsi və digər məsələlər müzakirə olunub.