Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi “Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması” adlı maarifləndirici layihə çərçivəsində növbəti fəaliyyətə start verildi. Belə ki, 4 regionda – Biləsuvar, Sabirabad, Qazax və Şəmkir rayonlarında keçirilmiş dövlət qulluğu üzrə təlim – informasiya sessiyasından xüsusi qiymətləndirmə və kriteriyalara uyğun seçilmiş ən bacarıqlı və bilikli 20 fəal gənc liderin iştirakı ilə Bakı şəhərində “Təlimçilər üçün təlim” kursu öz işinə başlayıb.
15 avqustda TOT kursunun rəsmi açılışında Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov, ADTGT sədri Asif Əsgərli, layihə eksperti Gülnarə Bağırova və təlimçi Dadaş Əhmədli iştirak edib.
TOT kursunu açıq elan edən A. Əsgərli layihəyə verdiyi dəstəyə görə Gənclər Fonduna öz təşəkkürünü bildirib və bu layihənin region gənclərinə, onların dövlət qulluğu sahəsində maariflənməsi və bu sektora təşviqin yaranması baxımından əhəmiyyətini qeyd edib.
Azərbaycan Gənclər Fondunun prioritet istiqamətləri və son illər bu sahədə həyata keçirilən uğurlu layihələrdən danışan S. Hüseynov ADTGT-nin həyata keçirdiyi bu maarifləndirici layihənin xüsusi əhəmiyyətini vurğulayıb və gələcəkdə burada yetişəcək yerli təlimçi-ekspertlərin regionlarda gənclər təlim vermək baxımından geniş imkanları olacağını vurğulayıb.
TOT kursunun geniş proqramla davam edəcəyini və sonda iştirakçılara müxtəlif metodiki vəsaitlərin veriləcəyini bildirən G. Bağırova 8 gün ərzində region gənclərinin zəngin bilik və bacarıqlara yiyələcəklərini bildirib. Sonra interaktiv metod və vasitələrlə təlim kursuna başlanılıb və geniş təqdimat, məlumatlandırma və müzakirələrlə kurs davam etdirilib. Avqustun 23-dək davam edən kursun sonunda iştirakçılar sınaq imtahanı , xüsusi
qiymətləndirmə və anket sorğularında iştirak edib, yekunda yerli statuslu təlimçi-ekspert sertifikatına
yiyələniblər.