“Binəqədi Gənclər Evi”, Binəqədi rayon Gənclər və İdman İdarəsi təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Gənclər Fondu və UNICEF-in Azərbaycan nümayəndəliyinin tərəfdaşlığı ilə 16 avqust 2019-cu il tarixində Binəqədi Gənclər Evində “Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş “Gənclik Günü” layihəsi 200 nəfərdən çox yeniyetmə və gəncin iştirakı ilə həyata keçirilmişdir.
Layihəyə təcrübəli mütəxəssis Kənan Məmmədovun yoqa sessiyası ilə start verilmişdir. Sonra Binəqədi Gənclər Evinin akt zalında yeniyetmə və gənclər arasında “Dama” və “Şahmat” turnirləri keçirilmişdir. “Dama” turnirinin nəticəsinə görə I yeri Cəfərli Cavad, II yeri Məmmədov Məhəmməd, III yeri Həsənli Daşqın tutmuşdur. “Şahmat” turnirinin nəticəsinə görə I yeri Məmmədova Nuray, II yeri Vəliyev Amal, III yeri Həsənova Zeynəb tutmuşdur.
Binəqədi Gənclər Evinin gənclər klubunda keçirilən “Xəmsə” Milli İntellektual Oyununda I yeri Səyyar Qurbanov, II yeri Elvin Əliyev, III yeri Yusif Ağayev tutmuşdur.
Layihə çərçivəsində baş tutan futbol turnirində isə I yeri “AFFA, II yeri “Bilbao”, III yeri isə “Marşal” komandaları tutmuşdur.
Oyunlar yekunlaşdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir.
“Gənclik Günü” layihəsi musiqili əyləncəli proqramla davam etdirilmişdir.