[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/01/DSC07701.jpg” ]
18 yanvar 2013-cü il tarixində, Bakı şəhərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Həyat” Beynəlxalq Humanitar Təşkilatı tərəfindən icra olunan “Yollarda təhlükəsizlik sahəsində gənclərin maariflənməsi” layihəsi çərçivəsində yeniyetmə və gənclərlə çalışan müəssisə və təşkilatların müəllim heyəti və fəalları üçün “Biz yol hərəkəti qaydalarını öyrənirik” mövzusunda təlim-seminar keçirilmişdir. Tədbirdə orta və ali təhsil müəssisələrinin, yerli qeyri-hökumət təşkilatlarının və Dövlət Yol Polisinin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan “Həyat” təşkilatının sədri, layihə direktoru Azər Allahverənov layihənin məqsəd və vəzifələri, onun mahiyyəti və zəruriliyi, həmçinin təmsil etdiyi təşkilatın yol təhlükəsizliyi sahəsində icra etdiyi proqramlar və gələcək perspektivləri barədə danışıb. Qeyd olunub ki, Azərbaycanda yol təhlükəsizliyinin təmin olunması sahəsində mövcud problemlərin aradan effektiv şəkildə qaldırılması vətəndaş cəmiyyətinin geniş iştirakını tələb edir. Maarifləndirmə, məlumatlandırma, geniş aksiyalar və təlimatlandırma kimi məsələlər qeyri-hökumət təşkilatları tərəfindən uğurla yerinə yetirilə bilən işlərdəndir. Məhz bu səbəbdən həmin istiqamətdə müəyyən olunmuş məqsədə nail olmaq üçün layihə çərçivəsində yollarda baş verən insidentlərdən xüsusilə zərər çəkə bilən və bununla da xüsusi risk qrupuna aid edilən uşaq və yeniyetmələr, gənclər, gənc sürücülər, həmçinin bu sahədə təlim proqramlarının tədrisinə cəlb olunmuş təlimçilər üçün təlimlər təşkil olunur, müxtəlif müəssisə və təşkilatlarda yollarda təhlükəsiz hərəkətlərini təbliğ və təlqin edən əyani vəsaitlər, o cümlədən “Biz yol hərəkəti qaydalarını öyrənirik” adlı kitabça hazırlanmış, çap olunmuş və paylanmaqdadır.
Tədbir iştirakçıları qarşısında “Yol hərəkəti sahəsində həyata keçirilən tədbirlər və bu sahədə mövcud vəziyyət” mövzusunda çıxış edən Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis idarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov 2012-ci ilin yekunları barədə müfəssəl məlumat verib və müasir şəraitdə DYP-nin həyata keçirdiyi tədbirlər barədə söhbət açıb. Xüsusilə vurğulanıb ki, yol hərəkəti qaydalarının tədrisi məsələsi çox aktualdır və bu sahədə tədris müəssisələrinin, uşaqlar, yeniyetmə və gənclərlə işləyən bütün qurumların əvəzedilməz rolu var.
“Yol hərəkəti qaydalarına riayət olunmanın zəruriliyi və bu sahədə aktual məsələlər” mövzusunda çıxış edən 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova müəllifi olduğu “Biz yol hərəkəti qaydalarını öyrənik” mövzusunda təlimçilər üçün təlim modulu barədə danışıb. Qeyd olunub ki, təlimlər və əyani materiallar vasitəsilə cəmiyyətin gənclər təbəqəsi, xüsusilə də əcnəbi qaçqın, sığınacaq axtaran və məcburi köçkün gənclər arasında yol təhlükəsizliyinin təmin edilməsi, bu sahədə mövcud qaydaların əlifbasına yiyələnməsi və həmin qaydalara riayət olunmasına dair maarifləndirmə proqramlarının keçirilməsi günün tələbinə cavab verən fəaliyyətlərdəndir.
“Yol təhlükəsizliyi qaydalarına riayət olunmanın praktiki aspektləri (video-məşğələlər)” mövzusunda təlim sessiyasını aparan “Yollarda təhlükəsizlik sahəsində gənclərin maariflənməsi” layihəsinin təlimçisi, istefada olan polkovnik-leytenant Təvəkkül Həsənov real hadisələr üzərində hazırlanmış animasiyalar əsasında yol hərəkəti qaydalarına riayət edilmənin effektiv üsulları barədə danışıb.
Təlim sessiyalarının davamı olaraq növbəti mərhələdə qruplara bölünmüş iştirakçılara tapşırıqlar verilib və bunun əsasında tədbirin son qiymətləndirilməsi aparılıb. Otuzdan yuxarı müəssisə və təşkilatları təmsil edən təlim-seminar iştirakçıları tədbirin sonunda xatirə şəkli çəkdiriblər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”5806″ id=”5806″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]