Azərbaycan Respublikasının Gənclər Fondunun beynəlxalq təşkilatların təcrübələrinin öyrənilməsi məqsədilə elan etdiyi müsabiqə çərçivəsində Avropa Parlamentinə növbəti təcrübə səfərinin II mərhələsi başa çatıb.
Gənclərimiz Avropa Siyasət Mərkəzinin böyük siyasi eksperti Amanda Poul və Avropa Dünya Proqramının rəhbəri Ciovanni Qrevi ilə keçirilən görüşdə iştirab ediblər. Görüşdə Avropa İttifaqının yeni liderləri, gələcək problemlər və imkanlar, o cümlədən Aİ-Azərbaycan münasibətləri barədə diskussiya aparılıb.
Daha sonra iştirakçılar Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfir və Aİ-dakı Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərovla görüşdə iştirak ediblər. Görüşdə Aİ-Azərbaycan münasibətləri və gələcək əməkdaşlıq mövzuları müzakirə edilib. Səfir Fuad İsgəndərov və xanım Poul, Azərbaycan Gənclər Fondu tərəfindən həyata keçirilən gənclər üçün bu təcrübə proqramının əhəmiyyətini xüsusi vurğulayıblar.
Qeyd edək ki, müsabiqə çərçivəsində 16-29 yaş arasında olan Azərbaycan Respublikası vətəndaşları beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə Avropa Parlamentinə (Brüssel şəhərinə) 1 aylıq təcrübəyə göndərilir.