[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/12/DSC05872.jpg” ]
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyələşdirdiyi, “İnnovasiyaya doğru” Gənclərə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Milli dəyərlərimizlə məktəbdən Avropaya doğru” layihəsi başa çatıb. Layihə çərçivəsində Bakı şəhərinin 4 rayonunun (Yasamal, Nəsimi, Nizami və Binəqədi) 20-dək məktəbinin 80 nəfər məktəblisinə seminarlar keçirilib.
Seminarlar:
✓ Demokratiya, vətəndaş cəmiyyəti, insan hüquqları nədir?
✓ Avropa dəyərləri və uşaq hüquqları (Avropada uşaqları niyə döymürlər?)
✓ Avropanı zənginləşdirə biləcəyimiz milli dəyərlərimiz
✓ Ölkəmizin Gənclər siyasəti
mövzularını əhatə edib.
Seminarlara hər məktəbdən 4 nəfər fəal şagird cəlb olunub. Seminarların keçirilməsinə oktyabr ayından başlanılıb və hər rayon üzrə ayrı-ayrılıqda həyata keçirilib.
Layihənin əsas məqsəd və vəzifələri qısa bir müddətdən sonra fəal gənclər ordusuna çevriləcək məktəbliləri hörmət, tolerantlıq, qarşılıqlı anlaşma, avropa dəyərlərinin əsas prinsipləri əsasında, həmçinin milli dəyərlərimizi qorumaqla bir cəmiyyət qurmağa çağırmaqdır. Seminarlarda müzakirə və debat metodlarından istifadə edilərək qeyri-formal tədris tətbiq edilib.
Seminarlarda iştirak edən məktəblilərə əldə etdikləri bilikləri mütəmadi olaraq öz həmyaşıdlarına və gənclərə çatdırmaları, həmçinin “Milli dəyərlərimizlə məktəbdən Avropaya doğru” adlı kampaniyanın informasıya təmsilçisi kimi çıxış etmələri aşılanıb.
Sonda seminar iştirakçılarına şəhadətnamələr təqdim olunub.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”5084″ id=”5084″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]