[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/12/DSC_36311.jpg” ]
“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə reallaşdırdığı “Biz hüquqlarımızı bilirik!” adlı layihəyə yekun vurmuşdur. Layihə çərçivəsində sonuncu təlimlər 8-9 dekabr 2012-ci il tarixlərində, Sumqayıt şəhərində keçirilmişdir. Ölkədə aparılan hüquqi maarifləndirmə işinə dəstək vermək məqsədi daşıyan layihədə əvvəlcədən müsahibə yolu ilə seçilmiş 30 nəfər gənc iştirak etmişdir.
Təlimlər boyu vətəndaş cəmiyyətinin bərqərar olmasında hüquqi maarifləndirmə işinin önəmi, müasir Azərbaycan cəmiyyətində bu sahədə atılan uğurlu addımlardan da bəhs edilmişdir. Təlimin əvvəlində iştiakçılara “Mənim hüquqlarım” adlı hüquqi-maarifləndirici toplu paylanmışdır. Sonda isə təlim kursunu uğurla başa vuran gənclərə diplomlar təqdim edilmişdir.
Xatırladırıq ki, “Biz hüquqlarımızı bilirik!” layihəsi çərçivəsində ilk iki təlim Mingəçevir və Zaqatala rayonunda keçirilmişdir. Sumqayıt şəhərində təşkil olunan təlimlər də daxil olmaqla, ümumilikdə layihədən 90 nəfər gənc bir başa olaraq yararlanmışdır.