[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/12/SDC10980.jpg” ]
“Sosial-Mədəni Dəyişikliklərin Öyrənilməsi” (SMDÖ) İctimai Birliyi İsmayıllı və Qax rayonlarında “Gənclər arasında sosial iş təcrübəsinin artırılması” layihəsini həyata keçirmişdir.
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən bu layihədə gənclər arasında sosial iş təcrübəsi artırılmış, onlara sosial iş anlayışının kateqorial sistem və təşkili formaları haqqında biliklər verilmişdir.
Layihə zamanı aparılan sorğuların nəticələrindən məlum olmuşdur ki, müasir dövrdə gənclər arasında sosial iş haqqında məlumatlılıq aşağı səviyyədədir. Bu baxımdan, sosial iş təcrübəsi haqqında nəzəri biliklərin gənclər arasında tədris prosesinin gücləndirilməsinə ehtiyac duyulur.