Iyun ayının 28-də Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə Qazax rayonunda “Vətənpərvər Azərbaycan Gəncliyi” adlı tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova həsr olunmuş film nümayiş etdirilib. Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi çıxışında bildirib ki, hazırda ölkəmizdə sosial həyatın bütün sferalarında gənclər üstünlük təşkil edir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin təhsil və tərbiyəsinə diqqət və qayğının nəticəsidir ki, hazırda gənc nəsildə yüksək vətənpərvərlik ruhu formalaşıb.
Həmçinin, tədbirdə Qazax rayon icra hakimiyyətinin başçısının müavini Gülayə Həsənova, “Veteran Tankçılar” İctimai Birliyinin sədri Hacı Əzimov, Qazax rayon “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin rəhbəri İsmayıl Süleymanov və veteranlar gəncləri maraqlandıran suallar cavablandırılıb, onların ideya və təklifləri dinlənilib.