21 iyun 2019-cu il tarixində Gənclər Fondunun mərkəzi ofisində Avropa Şurasının 70 illik yubileyi ilə əlaqədar olaraq Fondun həyata keçirdiyi “Gələcəyin Avropalısını təsəvvür edərkən” mövzulu inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Qeyd edək ki, 05 – 24 mart 2019-cu il tarixləri aralığında ümumilikdə 3 şəhər və 11 rayondan 14-18 yaş aralığında gənclərdən “Gələcəyin Avropalısını təsəvvür edərkən” adlı 63 inşa daxil olmuşdur. Qalibiyyətə layiq görülən 15 inşa yazısının arasından 3 inşanın seçilməsi məqsədi ilə 14 iyun 2019 – cu il tarixində münsiflər heyətindən ibarət toplantı keçirilmişdir. Toplantının nəticəsinə əsasən,
Cəbrayıl rayon Akad. M. Mehdizadə adına tam orta məktəbin X sinif şagirdi Vahid Zahir oğlu Əsəd 1- ci yer
Tərtər rayon Mehman Qarayev adına tam orta məktəbin X sinif şagirdi Nazan Natiq qızı Fətixanova 2- ci yer
Bakı şəhəri 297 saylı tam orta məktəbin XI sinif şagirdi Aytəkin Zeynal qızı Zeynallı 3 – cü yerə layiq görülmüşdür.
Qeyd edək ki, mükafat olaraq İnşa müsabiqəsinin qalibi ( 1-ci yerə layiq görülən) 2019-cu ilin payızında Fransanın Strasburq şəhərində Avropa Şurasının 70 illik yubileyinə həsr ediləcək mərasimə dəvət olunaraq xüsusi diplomla təltif olunacaq. Qalibin səfər xərcləri (yol və yaşayış) Avropa Şurası tərəfindən qarşılanacaq. İkinci və üçüncü yerin qalibləri isə Gənclər Fondu tərəfindən mükafatlandırılıb.
Mükafatlandırma mərasimində Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Avropa Şurasının Azərbaycan Ofisinin rəhbəri səfir Zoltan Hernyeş, Avropa Şurasının Azərbaycan Ofisinin əməkdaşı Nərmin Axundova-Cümşüdlü, Təhsil Nazirliyinin nümayəndəsi, 202 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Ələsgərova çıxış qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.