Azərbaycan Respublikasının Gənclər Fondu və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə 24-27 may tarixlərində 28 May Respublika Gününə həsr olunmuş “Gənclər Məclisi” adlı layihə keçirilib.
Layihədə iştirak üçün yüzədək müraciətçi arasından seçilən 28 gəncə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına aparan yol, İstiqlaliyyət Bəyannaməsi və onun əhəmiyyəti haqqında geniş məlumat verilib.
Komanda işi şəklində təşkil olunan formata uyğun olaraq iştirakçılar istiqlaliyyətin əhəmiyyəti, onu ortaya çıxaran səbəblər və əldə etdiklərimiz haqqında müzakirələr aparıblar.
.