[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/12/IMG_3686.jpg” ]
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənən və Xəzər İnkişaf Fondu tərəfindən icra edilən «Fövqəladə vəziyyətlərdə təhlükəsizlik tədbirlərinin gənclər arasında təbliği» layihəsi çərçivəsində oktyabr ayı ərzində bir sıra fəaliyyətlər həyata keçirilib.
Layihənin əməkdaşları və təlimçilər noyabr ayında layihə planına əsasən maarifləndirmə kampaniyalarını Mərdəkan, Şüvəlan, Buzovna, Qala, Zirə, Türkan, Gürgan və Binə qəsəbələrində həyata keçirmişlər. Seçilmiş təhsil ocaqlarında oxuyan gənclərə yeni media vasitələrindən istifadə etməklə texnogen mənşəli fövqəladə hallarda təhlükəsizlik tədbirləri haqqında biliklər verilmiş və onlar bu istiqamətdə təbliğat-maarifləndirmə fəaliyyətinə cəlb edilmişlər. Bu məqsədlə layihənin icraçıları Xəzər rayonunun seçilmiş 8 qəsəbəsində yuxarı sinif şagirdləri üçün təlimləri davam etdirirlər. Təlimlər keçirilərkən əsasən aşağıdakı təlim metodlarından istifadə olunurdu:
• Buzların sındırılması – enercayzer;
• Beyin həmləsi;
• Mühazirə;
• Qrup müzakirələri;
• Qrup işləri;
• Təqdimatlar;
• Rol oyunları;
• Sual-cavablar və s.
Təlimlər zamanı elektrik vurması nəticəsində alınan zədələr, yanğınlar və partlayışlar, nəqliyyatda qəzalar, kommunal sistemlərdə, qaz təsərrüfatında yanğın və partlayışlar, kimyəvi təhlükəli maddələr ilə zəhərlənmə və ondan necə mühafizə olunma, kollec, universitet, məktəb və d. tədris müəssisələrinin laboratoriyalarında yanğın təhlükəsizliyi tədbirləri, çimərlikdə davranış qaydaları barədə geniş məlumat verilib.
Hər bir təlim zamanı gənclərə fövqəladə hallarda təhlükəsizlik tədbirləri barədə ətraflı məlumatın verilməsi üçün müvafiq sayda kitab və yaddaş bukleti təqdim edilmiş və növbəti təlimlərə qədər həmin materiallarla tanış olmaları tövsiyə olunmuşdur.