13-14 may 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi Avropa Parlamentinə təcrübə səfərinə seçilmiş və 18 may- 17 iyun 2019-cu il tarixlərində Belçikanın Brüssel şəhərinə səfərdə iştirak edəcək gənclərin müxtəlif mövzulu məlumatlandırıcı sessiyalarda iştirakı davam edir. Növbəti sessiya Milli Məclisin deputatı Tahir Mirkişilinin və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Arif Əliyevin iştirakı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzində baş tutub.