[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/12/IMG_2903.jpg” ]
«Peşə təhsil müəssisələri məzunlarının məşğulluq vəziyyətinin yaxşılaşdırılması» layihəsi üzrə Azərbaycanın regionlarında yerləşən 3 peşə liseyində məzunlar üçün təlimlər keçirilib. «Peşə təhsil müəssisələri məzunlarının məşğulluq vəziyyətinin yaxşılaşdırılması» layihəsi “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyi tərəfindən bu ilin avqust ayından Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənərək həyata keçirilməyə başlayıb.
Layihənin məqsədi peşə təhsili müəssisələrində oxuyan şagirdlərin məzun olduqdan sonra məşğulluq vəziyyətlərinin yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir. Bunun üçün Bakı, Gəncə, İsmayıllı və Qaxdan seçilmiş, ümumən 5 peşə təhsili müəssisələrindən 100 nəfər şagirdin məzun olduqdan sonra işlə təmin edilməsi sahəsində mövcud problemləri nəzərə alınaraq təlim, seminar və digər fəaliyyətlər vasitəilə gənclərin məşğulluq məsələlərinin həllinə töhfə vermək, bu tip gənclərin iş yerləri ilə təmin olunması üçün informativ-maarifləndirmə fəliyyətinin, həmçinin hüquqi biliklərin artırılmasına nail olmaq, işlə təmin olunmuş gənclərə məlumati-hüquqi dəstək göstərmək və iş adamları ilə həmin gənclər arasında əlaqələrin qurulması yolu ilə əməkdaşlığa çatmaq kimi fəaliyyətlər həyata keçiriləcək.
Bu ilin noyabr ayı ərzində İsmayıllı Peşə Tədris Mərkəzi, Qax Peşə Liseyi və Gəncə 3 saylı Peşə Liseyinin hər birindən bu tədris ilində məzun olacaq 20 nəfər şagird cəlb edilməklə təlimlər təşkil olunub. Təlimlərdə dinləyicilərə “Rezümelərin (CV) standartlara uyğun yazılması”, “Komanda işi”, “İşədüzəlmə prosesində özünü təqdimetmə” və “Rəhbərliklə peşəkar münasibətlərin yaradılması” mövzularını əhatə edən treninqlər keçilib. Təlim zamanı əqli hücum, müzakirə, rollu oyunlar, qrup işi, cəlbedilmiş təlim, interaktiv oyunlar, psixodramma və s. kimi təlim metodlarından istifadə edilib. Hər bir mövzu üçün seçilən təlim üsulları intellektual və emosional cəhətdən bir-birini tamamlayırdı. Proses zamanı öyrənənlər mübahisəli məsələləri müəyyənləşdirir və prezentasiya formasında həmkarlarına çatdırırdılar. Təlimləri adı çəkilən liseyin müəllim kolletivinin də üzvləri müşahidə edirdilər.
Qeyd etmək lazımdır ki, bu ilin oktyabr ayı ərzində Bakının 12 və 13 saylı Peşə Liseylərinin məzunları üçün analoji mövzularda təlimlər keçirilmişdir.
Növbəti ay ərzində şagird, müəllim və müvafiq qurumların iştirakı ilə birgə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənən bu layihə 2013-cü ilin yanvar ayında başa çatacaq.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”4760″ id=”4760″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]