Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası ictimai birliyinin təşkilatçıllığı ilə “Gələcəyinə Rəng Qat” adlı layihə 18 tədbirdən ibarət olmaqla, 3 təlim əsasında keçrilib. Təlimlərdə əl işlərinin öyrədilmməsi, ingilis dili kursları, musiqi alətlərində ifa etmək və oxumağın öyrədilməsi təşkil edilib. Təlimləri yuksək ixtisaslı muəllimlər keçirib. Layihədə əlilliyi olan uşaq və gənclər iştirak edib. Layihəmizin məqsədi əlilliyi olan uşaqlar arasında hər hansı bir bacarığa malik olan uşaqları seçib üzə çıxarmaq və onlara dəstək olaraq gələcəkdə uğur qazanmalarına nail olmaqdır. Uşaqların cəmiyətə inteqrasiyası, onların öz yaşıdları arasında sərbəst, özlərini inkşaf etdirməsi, öz potensiallarını üzə çıxarmaları, kompleksiz özlərini ifadə edə bilmələri, mahnı oxumağa, musiqi alətlərində ifa etməyə, ingilis dilini öyrənməyə olan həvəsləri, əl işlərini mukkəməl şəkildə qavramaları uşaqlara böyük stimul vermişdir. Bizdə təşkilat olaraq çalışacağıq ki, belə layihələr daha çox təşkil edilsin və əlilliyi olan gəncləri qapalı həyatdan uzaqlaşdırmağa nail olaq.